Ukrayna silahlı birləşmələri Kubandakı “Türk axını”qaz kəmərinə PUA hücumu edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Kiyev fevralın 28-nə keçən gecə Zelenskinin Vaşinqtona səfəri fonunda “Türk axını” ilə qaz təchizatını təmin edən stansiyaya hücum cəhdi edib.
Krasnodar vilayətindəki Russkaya kompressor stansiyasından təhlükəsiz məsafədə üç Ukrayna PUA-sı vurulub”, - məlumatda deyilir.
Qeyd edilib ki, daha əvvəl Kiyev Rusiya Federasiyasına məxsus qaz kəmərinə iki dəfə - yanvarın 11-də "Russkaya" stansiyasına və fevralın 17-də Kropotkinskdəki CPC obyektinə hücum cəhd edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta