AZ

Boksçularımız "Adriatik incisi”ndə mübarizə aparacaqlar

Azərbaycan təmsilçiləri martın 3-də Monteneqronun Budva şəhərində start götürəcək gənc boksçular arasında “Adriatik incisi” beynəlxalq turnirində iştirak edəcəklər.

Apasport.az xəbər verir ki, milli həm oğlanların, həm də qızların yarışında mübarizə aparacaq.

Yığmanın baş məşqçisi Elbrus Rzayevlə Ceyhun Abiyev turnirdə Bilalhəbaşi Nəzərov (51 kq), Zidan Hümbətov (54 kq) və Məhəmməd Cəfərova (+92 kq) şans verəcək.

Qız boksçuların mübarizəsində isə məşqçi Anar Baxışovun rəhbərliyi altında Banuçiçək Nəsirli (48 kq), Cəmilə Sultanlı (50 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) rinqə çıxacaq.

“Adriatik incisi”ndə Fərhad Rəhmanov hakimlər sırasında yer alacaq.

Qeyd edək ki, yarışa martın 2-də yollanacaq komanda ayın 10-da Bakıya dönəcək.

Daha 1 boksçumuz beynəlxalq turnirin finalında

4 boksçumuz finalda

Millimiz “Strandja” turnirində mübarizə aparacaq

4 boksçumuz 1/4 final mərhələsini qələbə ilə bitirib

Daha iki boksçumuz “Drakula Open”ə qələbə ilə başlayıb

Seçilən
69
10
apasport.az

10Mənbələr