AZ

“Turan Tovuz” liderlə xal fərqini azaltdı

Fevralın 25-28-də keçirilən oyunlarla futbol üzrə ölkə çempionatının əvəzedicilər liqasında 24-cü tura yekun vuruldu.

Çərşənbə axşamı “Qarabağ” “Sabah”ı məğlub etdi. Srağagün “Kəpəz” “Zirə”yə minimal hesabla məğlub oldu. Dünən isə liderliyə iddialı “Turan Tovuz” Şamaxı səfərindən 3 xalla qayıtdı.

25 fevral
Qarabağ – Sabah 3:1

Mahmud Ağayev, 45+1; 80. Qurban Səfərov, 90+1 – Ramil Nuraxmedov, 55.

27 fevral
Zirə - Kəpəz 1:0

Vüsal Əliyev, 90+4.

28 fevral
Şamaxı – Turan Tovuz 2:4

Nicat Xasıyev, 49. Səlim Alıyev, 75 – Vüqar Bağırov, 15. Nihat Qurbanzadə, 29. Natiq Ağamalıyev, 89-öz qapısına. Məzahir Məmmədzadə, 90+4-p.

Turun daha iki oyunu əvvəlki günlərdə keçirilib: Neftçi-2 – Sumqayıt-2 0:0, Araz-Naxçıvan-2 – Səbail-2 2:3.

Xal durumu: Neftçi-2 – 52, Turan Tovuz-2 – 49, Sabah-2 – 42, Sumqayıt-2, Qarabağ-2 – 37, Zirə-2 – 31, Kəpəz-2 – 25, Səbail-2 – 23, Araz-Naxçıvan-2 – 20, Şamaxı-2 – 18.

Bombardirlər: Şahmar Aşurov (Zirə-2), Həbib İsmayılov (Neftçi-2), Cavad Kərimov (Kəpəz-2), Fərid Cəfərov (Turan Tovuz-2) – 12.

Seçilən
18
football-plus.az

1Mənbələr