“Səhnə çox əcaib yerdir, 40 dərəcə hərarətlə səhnəyə çıxdığım günlər yadımdadır”.
Yenisabah.az xəbər verir ki, bunu məşhur müğənni, milyonların sevimlisi Özcan Dəniz konsert proqramında söyləyib. O, səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:
“Səhnə həkimlərin sağaltmadığını sağaldır. Ürək infarktı keçirməmişəm, ürək spazması var. Çox yaxşıyam. Bakıya gəlməyi uzun zamandır gözləyirdik. Ürəyim bir yana, böyrəyimi də istəsəydilər, verərdim, bura gələrdim, yenə bu mahnıları oxuyardım”.
Konsert boyunca ən sevilən köhnə və yeni hit mahnıları səsləndirən müğənninin konserti anşlaqla keçib.
Özcan Dənizi izləmək üçün 4000-ə yaxın tamaşaçı bir araya gəlib. Sevənləri bütün ifaları müğənni ilə birlikdə əzbərə söyləyiblər.
Konsert boyunca tamaşaçıları ilə səmimi dialoqlara girən müğənni müjdəni də verib. Belə ki, Özcan Dəniz 31 oktyabrda yenidən Bakıya gələcək.
Qeyd edək ki, konserti təşkil edən “Anadolu Events” şirkətidir.
Telegram kanalımız