AZ

İkinci Liqa: "Şəki Siti" və "Şəmkir"dən qələbə

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 14-cü turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, bu gün keçirilən oyunlarda "Şəki Siti" "Lerik"i, "Şəmkir" isə "Haypers Quba"nı məğlub edib.

Ev sahibi stadionu qardan təmizləmədiyi üçün "Ağdaş" - "Şimal" görüşü baş tutmayıb. Bununla bağlı AFFA İntizam Komitəsi qərar verəcək.

2-ci Liqa, 14-cü tur

"Haypers Quba" - "Şəmkir" 1:2

Qollar: C.İmamverdiyev, 59 - V.Cəfərov, 41, 89

Qırmızı vərəqə: R.Qurbanov, 38, S.Aslanov, 90+4

"Şəki Siti" - "Lerik" 2:0

Qollar: R.Otaraşvili, 63, X.Şabanov, 70

"Ağdaş" - "Şimal"

(Baş tutmayıb)

Azərbaycan Kubokunda son 21 ilin rekordu təkrarlanıb

“Neftçi”dən rekord, “Qarabağ”dan yubiley

Prezident İlham ƏIiyev “Barselona” Futbol Klubunun prezidentini qəbul edib

Sumqayıtda əlamətdar oyun

Dadaşov debüt oyununda fərqləndi

Seçilən
28
2
apasport.az

3Mənbələr