AZ

Tamar Çiburdanidze: Müharibə siyasətinin müəllifləri sülhü qəbul etməsələr, bu, Avropanın məhvi olacaq

Tbilisi, 1 mart, AZƏRTAC

Zelenskinin Oval kabinetdə təşkil etdiyi şou amerikalılar tərəfindən cavabsız qalmadı. Hakimiyyət mübarizəsi tamam başqa və təhlükəli müstəviyə keçib.

Gürcüstanın “Xalqın Gücü” partiyasının üzvü Tamar Çiburdanidze bildirib ki, Zelenskinin Donald Trampı mübahisəyə cəlb etmək və onu tənqid etmək cəhdi “Dərin Dövlət”in gücünün nümayişidir.

AZƏRTAC xəbər verir ki, ekspertin sözlərinə görə, Zelenskinin nümayiş etdirdiyi şou ABŞ-ın cavabı ilə qarşılanıb və Donald Tramp Ukraynaya yardımı dayandırıb. Artıq Ukraynaya bütün yardımların dayandırılması ilə bağlı ilk açıqlama verilib. Bu, hələ başlanğıcdır. Tramp BRİKS müttəfiqliyini gücləndirən və Amerika üçün təhlükə yaradan Rusiya-Ukrayna müharibəsinin davam etdirilməsinə imkan verməyəcək. Müharibə siyasətinin müəllifləri sülhü qəbul etməsələr də, uzunmüddətli perspektivdə bu müharibəyə son qoymaq başqa yolla mümkündür. Bu da, birbaşa Avropanı məhvi deməkdir.

“Amerika tərəfindən tərk edilmiş Ukrayna Britaniya və Avropadan asılı olaraq qalır. Onilliklər boyu müstəqil şəkildə müharibə aparmayan dövlətlər siyasi səhnəyə çıxır və indi onların hansı resurslara, gücə malik olduğunu görəcəyik. Avropanın Amerikaya meydan oxumaq və siyasi güc mərkəzi olmaq ambisiyasına nail olmaq çətin, lakin maraqlıdır”, - deyə Çiburdanidze vurğulayıb.

Tamar Çiburdanidze deyib: “Əgər son üç ildə Qərbdə baş verənləri əsəb gərginliyi və qorxu ilə izləyirdiksə, indi bu dövlətlərin özləri də stresdədirlər. Biz bu prosesləri - bəzən bizi güldürən, gah da hiddətləndirən hadisələri maraqla izləyirik. Bununla belə, nə qədər ki, regionda müharibə alovlanır və nə qədər ki, bu müharibənin müəlliflərindən düşmənçilik məqsədilə ölkəyə milyonlarla dollar axır, biz sakit qala bilmərik”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
43
azertag.az

1Mənbələr