Növbəti mövsümdən etibarən qapıçıların topu əlində saxlama müddəti dəyişdiriləcək.

Offsideplus.az xəbər verir ki, bu gün oyun qaydaları və onların nizamlanması üzrə fəaliyyət göstərən Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) Şotlandiyanın paytaxtı Qlazqoda iclası keçirilib. İclasda qəbul edilən qərarlardan biri qapıçılarla bağlı olub. 2025-26 mövsümündən etibarən qolkiper topu əlində maksimum 8 saniyə saxlaya bilər. Bu müddət artıq olarsa, referi komandanı küncdən zərbə ilə cəzalandıracaq. 

Qeyd edək ki, əvvəlki limit 6 saniyə idi.