AZ

“Tramp Ukraynaya silah tədarükünün dayandırılmasını düşünür” – WSJ


“Ukrayna Prezidenti Volodimir Zelenski ilə mübahisədən sonra ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik rəsmilərinə Vaşinqtonun Ukraynaya silah tədarükünü müvəqqəti və ya tamamilə dayandıra biləcəyini yoxlamağı tapşırıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Daha əvvəl “Washington Post” yazıb ki, Tramp administrasiyası onun Ağ Evdə Volodimir Zelenski ilə mübahisəsindən sonra Ukraynaya bütün hazırkı hərbi yardımın çatdırılmasını dayandırmağı düşünür.
“Mübahisəli görüşdən qısa müddət sonra Tramp milli təhlükəsizlik üzrə yüksək vəzifəli şəxslərə ABŞ-nin Ukraynaya cari silah satışını müvəqqəti və ya həmişəlik dayandıra biləcəyini araşdırmağı tapşırıb”, - ABŞ rəsmisinə istinadən nəşr bildirib.
Qeyd edilib ki, Amerika lideri hazırda Zelenskidən əlavə addım gözləməyi planlaşdırır.
Seçilən
109
30
yeniavaz.com

10Mənbələr