AZ

Mikroavtobus park edilmiş yük maşınına çırpıldı: 6 ölü, 8 yaralı - FOTO

Türkiyədə iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib.

Avtosfer.az “İHA”ya istinadən xəbər verir ki, hadisə Hatay - Antakya Reyhanlı yolunda qeydə alınıb.

Məlumata görə, servis işçilərini daşıyan mikroavtobusu yol kənarında park edilmiş yük maşınına çırpılıb.

Zərbənin təsirindən mikroavtobus aşıb.

Qəza nəticəsində 6 nəfər ölüb, daha 8 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda təcili yardım və yanğınsöndürmə briqadası cəlb edilib.

Qəzanın başvermə səbəbi açıqlanmır.

​Hatay'da

Namiq Musayev

Seçilən
31
avtosfer.az

1Mənbələr