Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) qaydalarda dəyişiklik edib.
Apasport.az xəbər verir ki, qurum qapıçılara tətbiq olunan topu əldə saxlama qaydası barədə müzakirələr aparıb.
Nəticədə növbəti mövsümdən etibarən, oyunda qapıçı topu əlində 8 saniyədən artıq saxlayarsa, rəqib komandaya küncdən zərbə veriləcək.
Hakimlər buna uyğun saniyəölçənlə təmin ediləcək. Bunu IFAB-ın mətbuat xidməti açıqlayıb.
Qeyd edək ki, həmin qayda daha öncə 6 saniyə idi.
Terim Səudiyyə Ərəbistanında bir ilk yaşadı
"Napoli" - "İnter" matçı bu kanalda
Mourinyonun cəzası iki oyuna endirildi - Buruk isə…
“Barselona”dan “Palmeyras”a - RƏSMİ
Neymar: "Real"dan istədiyim məbləği ala bilərdim, amma Messi..."