AZ

İftar və imsakda edilən bu səhv infarkt riskini artırır

İftar və imsakda edilən bu səhv

Dos. Dr. Gökhan Ceyhun Ramazan ayında iftar və imsakda nəzarətsiz qidalanmanın infarkt riskini artırdığını bildirib. O, qanda şəkərin qəfil artmasının və lipid profilinin pozulmasının ürəyə zərər verdiyini vurğulayıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, ət və yağlı qidaların həddindən artıq istehlakı damar tıxanıqlığı, şəkər və təzyiq kimi problemləri artırır. Hipertoniya, ürək-damar xəstəlikləri olan şəxslərə xolesterol və duzdan uzaq durmaları tövsiyə edilir.

Orqanizmin oruca uyğunlaşmasının vacibliyini qeyd edən mütəxəssis, ürək çatışmazlığı olmayan şəxslərin oruc tutmasının təhlükəsiz olduğunu bildirib. Lakin koronar damar tıxanıqlığı olan və şəkərli diabetdən əziyyət çəkənlər üçün iftar zamanı yüksək kalorili qidalardan çəkinmək vacibdir.

İftarda ani və həddindən artıq qidalanma qəfil qan şəkərinin artmasına və ürək-damar problemlərinə səbəb ola bilər. Buna görə iftar və imsak arasında yeməkləri bölüşdürmək və tədricən qidalanmaq tövsiyə edilir.

Şuntlama, stent və ya ürək əməliyyatı keçirmiş şəxslərə oruc tutmaq məsləhət görülmür. Uzun müddət susuz qalmaq böyrəklərə yük salaraq ürəyə mənfi təsir edə bilər. Ramazandan əvvəl orqanizmi oruca hazırlamaq və iftarda nəzarətli qidalanmaq isə ürək sağlamlığı üçün daha faydalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
65
e-saglam.az

1Mənbələr