AZ

Zelenski və Trampın ləğv edilən naharının menyusu -

Ağ Ev rəhbərinin müavini Den Skavino X sosial şəbəkəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin başçılıq etdiyi nümayəndə heyəti üçün hazırlanan naharın menyusunu paylaşıb.Metbuat.az xəbər verir ki, menyuda pomidor, kələm və qulançarlı salatla yanaşı, rozmarinlə bişmiş toyuq əti, desert üçün isə krem-brule, müxtəlif giləmeyvə və peçenyelər olub. Keçirilən gərgin görüşlə əlaqədar Zelenski və komandası rəsmi nahardan imtina etdikləri üçün dadlı təamları başda Donald Tramp olmaqla, Ağ Evin komadası yeməli olublar.“Bu gün günortadan sonra Prezident Tramp və onun komandası ilə gözəl nahar oldu”, - Skavino yazıb.


Seçilən
41
1
metbuat.az

2Mənbələr