AZ

17 yaşlı futbolçu karyerasını İPL-də davam etdirə bilər

“Çelsi” “Korintians”dan 17 yaşlı sol cinah müdafiəçisi Denneri transfer etməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, insayder Fabiritsio Romanonun məlumatına görə müqavilənin bu həftə sonu bağlanacağı gözlənilir.

London klubu bonuslar da daxil olmaqla 15 milyon avro ödəyəcək. Bundan əlavə, “Korintians” braziliyalı oyunçunun gələcək satış dəyərinin bir faizini alacaq.

Denner hazırda “Korintians”ın gənclər komandasında oynayır. Onun hələ əsas komandada oynamaq təcrübəsi yoxdur.

Seçilən
45
futbolpress.az

1Mənbələr