Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun növbəti oyunu keçirilib.
Futbolpress.az xəbər verir ki, turnir cədvəlinin lideri olan “Murov Az Terminal” növbəti qələbəsini qazanıb.
Komanda “Gənclər”i məğlub edib – 3:0 (25:10, 25:19, 25:17).
Ötən gün turun açılış qarşılaşmasında “Neftçi” MOİK-dən üstün olub – 3:0.