"Facemark" və "Good Finance" şirkətlərinin təşkilatçılığı ilə 1 mart 2025-ci ildə Gülüstan sarayında "Vergi və Mühasibatlıq Zirvəsi 2025" (VMZ2025) keçirildi. “Hesabın gücü” şüarı altında baş tutacaq bu tədbir ölkəmizdə üçüncü dəfə təşkil olunur.
Mia.az xəbər verir ki, zirvədə vergi sahəsinin tanınmış ekspertləri, mühasibatlıq üzrə beynəlxalq mütəxəssislər və müxtəlif şirkətlərin rəhbərləri iştirak edib.
Hər panelin məqsədi iştirakçılara mövcud məsələlərə dair innovativ yanaşmalar təqdim etmək olub. Bu da mühasibatlıq və vergi sistemlərinin inkişafını daha effektiv və rəqabətədavamlı hala gətirmək üçün yeni perspektivlər qazandırıb: "İştirakçıların fəal iştirakı, spikerlərimizin dəyərli çıxışları və bütün sponsor, tərəfdaşlarımızın dəstəyi sayəsində Vergi və Mühasibatlıq Zirvəsi 2025 uğurla yekunlaşdı. Hər kəsə bu möhtəşəm tədbirə qatıldığı və təcrübələrini bizimlə paylaşdığı üçün dərin təşəkkürümüzü bildiririk".
Xatırladaq ki, Gülüstan sarayında keçirilən bu möhtəşəm tədbirin informasiya dəstəkçilərindən biri də Mia.az saytı olub.