AZ

Keti Vud: "Nvidia"dan əl çəkməyə dəyməz

Mənfəət hesabatından sonra yaşanan satış dalğasına baxmayaraq, "Nvidia"dan (NVDA) əl çəkməyə dəyməz. O, ("Nvidia") hələ də sürətlə böyüyən bir səhmdr.

Valyuta.Az xəbər verir ki, bunu "ARK Invest"in qurucusu Vud Nyu-Yorkda keçirilən "Bitcoin Investor Week" konfransında "Yahoo Finance" müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə, şirkətin mənfəət marjası bir qədər azalsa da, səhmlər illik 20%-lik mürəkkəb artım tempini qoruyub saxlaya bilər. Bu azalmanın əsas səbəbi isə "AMD" və "Amazon"un süni intellekt çipləri ilə bazardakı rəqabəti artırmasıdır.  

"Bu bazar yalnız 'Nvidia'ya aid olmayacaq, amma 'Nvidia'ya yaratdığı inanılmaz imkanlara görə hər cür tərif düşür," – deyə Vud qeyd edib. "O, süni intellekt inqilabını həqiqətən irəli apardı və bizim fikrimizcə, güclü rol oynamağa davam edəcək."  

Vud "Nvidia" səhmlərini hələ də əlində saxladığını bildirib.  

"Nvidia" gəlir marjasını qorumağa çalışır  

Şirkət çərşənbə günü açıqladığı mənfəət hesabatında ilk rübdə ümumi mənfəət marjasının 70,6%-71% aralığında olacağını proqnozlaşdırıb. Bu, "Blackwell" adlı yeni çipinin istehsalının genişləndirilməsi ilə bağlıdır.  

"Benchmark Company"nin idarəedici direktoru və baş analitiki Kodi Akri "Yahoo Finance"a açıqlamasında 71%-lik marjanın "bir qədər narahatlıq doğurduğunu" bildirib: "Düşünürəm ki, bu, qiymət təzyiqinin artdığını, 'AMD'nin daha güclü rəqabət apardığını və müştərilərin öz spesifik çiplərini (ASIC) yaratmaq üçün daha ehtiyatlı sərmayə qoyduqlarını göstərir."  

Cümə axşamı ticarət sessiyasında "Nvidia" səhmləri dalğalanmalar yaşasa da, nəticədə 8,48% dəyər itirib. Cümə günü isə 1,5% artımla bir qədər bərpa olunub.  

"Nvidia" rəhbərliyi pessimist proqnozlara qarşı  

Şirkətin mənfəət hesabatı zamanı "Nvidia" rəhbərləri süni intellekt sahəsinə yatırılan sərmayələrin azalacağı ilə bağlı narahatlıqlara cavab verməyə çalışıblar. Bəzi analitiklər iddia edirlər ki, "Amazon" kimi iri bulud xidmətləri provayderləri bir müddətlik "həzm dövrü"nə keçə bilər və bunun nəticəsində "Nvidia"nın marjası zirvə nöqtəsinə çatmış ola bilər.  

"Nvidia"nın qurucusu və baş direktoru Censen Xuann bildirib ki, tələb hələ də yüksəkdir və müştərilər "Blackwell" sistemlərini əldə etmək üçün səbirsizdirlər. O, 17 martda keçiriləcək GTC konfransında yeni, daha güclü çiplərin təqdim ediləcəyini vurğulayıb.  

Şirkətin maliyyə direktoru Kolet Kress isə əlavə edib: "Blackwell tam gücü ilə işə düşdükdən sonra xərclərimizi azalda və ümumi mənfəət marjamızı artıra bilərik. Buna görə də ilin ikinci yarısında marjanın 70%-in ortalarına yüksələcəyini gözləyirik."

Rəhim

 

Seçilən
34
valyuta.az

1Mənbələr