Ukrayna Britaniyadan 3,2 milyard dollarlıq müdafiə krediti alacaq
Ukrayna və Böyük Britaniya Kiyevin müdafiə ehtiyacları üçün 2,6 milyard funt sterlinq (3,2 milyard dollar) məbləğində kreditlə bağlı saziş imzalayıb.Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın TSN telekanalı məlumat yayıb.
Qeyd edək ki, hazırda Volodimir Zelenski Londonda səfərdədir.