Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatı ilə “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
Publika.az xəbər verir ki, “İstisuda qadınlar yığışıb, “parçakəsdi” mərasimi qururdular” adlı buraxılışda Dərələyəz mahalının Paşalı rayonunun İstusu kəndinin tarixi, adət-ənənələri, mətbəxi və irsi araşdırılıb.
Bildirilir ki, Dərələyəz mahalının Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində yerləşən İstisu kəndi Arpaçayının (Araz hövzəsi) yuxarı axınında, 2 100 metr yüksəklikdə yerləşir. Ehtimallardan birinə görə, etimologiyası burada çarmıx qalasının yerləşməsi ilə bağlıdır. 1873-cü ilin siyahıya alınmasına əsasən, burada 19 evdə 56 kişi, 58 qadın olmaqla cəmi 114 azərbaycanlı yaşayıb.
Kənd 1863-cü ildə salınıb və sonradan İstisunun adını dəyişdirib Cermuk qoyublar. İstusuda yaşayan azərbaycanlılara qarşı cinayətlər törədilib, amansızlıqlar olub. Azərbaycanlıları çıxararaq, erməniləri yerləşdirib, kurort şəhəri salıblar.