AZ

Netanyahu hərbi katibini Moskvaya göndərdi

İsrailin Baş naziri Benyamin Netanyahu özünün hərbi katibi general-mayor Roman Hoffmanı təhlükəsizlik məsələləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı bir sıra görüşlər keçirmək üçün Moskvaya göndərib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə İsrailin "Ynet" xəbər portalı öz mənbələrinə istinadla məlumat yayıb.

Hoffmanın səfəri hərəkətlərin əlaqələndirilməsi və İsrailin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Bundan əlavə, İsrail tərəfi Qəzza zolağında saxlanılan israilli girovların, o cümlədən Rusiya vətəndaşının oğlu Maksim Xarkinin azad edilməsini sürətləndirmək üçün HƏMAS hərəkatına təzyiq göstərmək üçün Rusiyadan vasitəçiliyinə müraciət etmək niyyətindədir.

Fevralın əvvəlində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Fələstinin radikal HƏMAS hərəkatı ilə İsrail arasında münaqişə yalnız iki dövlətli həll əsasında həll edilə bilər.

“Nizamlanma yalnız iki dövlət əsasında baş tuta bilər. Bu, BMT-nin prinsiplərinə uyğun olaraq təsbit edilən tezisdir və bu problemlə məşğul olan ölkələrin əksəriyyəti tərəfindən dəstəklənir”, - Kreml nümayəndəsi bildirib.(Publika.az)

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
18
1
Demokratikmusavat.com

9Mənbələr