AZ

Bu gün daha bir imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək.

DİM-dən Publika.az-a verilən məlumata görə, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək.

İmtahana qeydiyyat 2025-ci il yanvarın 14-dən fevralın 17-dək aparılıb və bu müddət ərzində 136 namizəd müraciət edib.

İmtahanların idarə olunmasına 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 9 nəzarətçi, 2 buraxılışı rejimi əməkdaşı (mühafizə) ayrılıb.

İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. İmtahanın davametmə müddəti 1 saatdır.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə biliblər. Buraxılış vərəqəsində imtahan yeri, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

Seçilən
27
8
publika.az

6Mənbələr