AZ

Naxçıvanda avtomobil 2 yeniyetməni vurdu

Naxçıvan şəhərində avtomobil iki yeniyetməni vurub.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib.

Belə ki, avtomobil yolu keçən Babək rayon Güznüt kənd sakini, 2009-cu il təvəllüdlü Mustafayev Əli Zahid oğlunu və Naxçıvan şəhər sakini, 2008-ci il təvəllüdlü Abdullazadə Şahin İslam oğlunu vurub.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)

Bizim.Media

Seçilən
68
2
bizim.media

10Mənbələr