AZ

Amerikada Xocalı Soyqırımı: Azərbayacanlılar Tarixi Yaşadır

Amerikada

Amerikanın Men ştatında martın 1-də Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar təsirli anma tədbiri keçirilib. “Ulusum”.az-ın məlumatina görə, tədbir, Amerikada yaşayan azərbaycanlıların vətəndən kənarda da öz millətinə və tarixinə dərin bağlı olduqlarını bir daha nümayiş etdirdi. Tədbirdə "My Way" Youth Organization-ın Prezidenti Alyona Badalova, "My Way Center"-in İncəsənət direktoru Emin Guliyev, Avandor Şirkətinin direktoru Agil Hüseynov və sosial işçi, psixoterapist Mehriban Nəsibova çıxış edərək, Xocalı soyqırımının beynəlxalq miqyasda tanınmasının və qurbanlarının xatirəsinin yaşadılmasının vacibliyini vurğulayıblar.Tədbirdə Aqil Əliyev tarda müğam ifa edərək, Xocalı qurbanlarının xatirələrini ehtiramla yad edib və Azərbaycan musiqisinin əbədi gözəlliyini tamaşaçılarla bölüşməyə çalışıb. Onun ifası, tədbirə xüsusi bir ruh qataraq, iştirakçılara dərin duyğular yaşatmışdır.Bu tədbir, həm də Xocalı qurbanlarının acısını dünya ictimaiyyətinə çatdırmaq, onların faciəsini unutmamaq və gələcək nəsillərə ötürmək məqsədini daşıyır. Amerikada yaşayan azərbaycanlılar, vətəndən uzaqda olsalar da, öz millətini düşünərək belə əhəmiyyətli hadisələri anmağa davam edirlər. Bu, onların vətənə, millətə və tarixə qarşı olan dərin sevgi və bağlılığının bariz nümunəsidir. Onlar, Xocalı soyqırımının dünya səviyyəsində tanınması üçün mübarizəni davam etdirərək, öz millətlərini ən yüksək səviyyədə təmsil etməyə çalışırlar. Təşkil olunan tədbir bir daha göstərdi ki, vətəndən kənarda belə, azərbaycanlılar birliyini qoruyur, köklərinə bağlı qalır və Xocalı soyqırımının yaddaşını yaşatmağı davam etdirirlər.Amerikada

Diqqət Çəkənlər

Köln Karnavalı: : Rəngarənglik, əyləncə və "Allaf" ruhunun təcəssümü

İftar vaxtı – Ramazanın ilk günü

Tramp - Zelenski: görüşün nəticələri

Seçilən
29
ulusum.az

1Mənbələr