AZ

Türkiyədə məsciddə 16 nəfər zəhərləndi

Türkiyənin paytaxtı Ankaranın Keçiören rayonunda məscidin istilik sistemində qaz sızması nəticəsində zərər çəkən 16 nəfər xəstəxanaya aparılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, məsciddə təravih namazı (Ramazan ayında qılınan gecə namazı - red) qılınarkən ibadət edənlərin bəzilərinin səhhətində problem yaranıb.

Hadisə yerinə təcili yardım, xilasetmə xidməti, polis əməkdaşları cəlb edilib.

Araşdırma zamanı məscidin qadınların ibadəti üçün nəzərdə tutulan hissəsində karbonmonoksit qazının sızması aşkarlanıb. Zərər çəkənlər təcili yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Seçilən
92
22
axar.az

10Mənbələr