Bakı, 2 mart, AZƏRTAC
İspaniya La Liqasının "Real Betis"lə keçirilən XXVI tur oyunu "Real Madrid"in futbolçusu Vinisius üçün əlamətdar olub.
AZƏRTAC xəbər verir ki, 25 yaşlı braziliyalı hücumçu "kral klubu"nun heyətində 300-cü matçına çıxıb. O, bu qarşılaşmalarda 102 qol və 76 məhsuldar ötürmə ilə yadda qalıb.
Görüş "Real Betis"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.