AZ

ABŞ İsrailə hərbi yardımını sürətləndirəcək

Bakı, TurkicWorld

ABŞ İsrailə təxminən dörd milyard dollar dəyərində hərbi yardımı sürətləndirəcək.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu haqda ABŞ xarici işlər naziri Marko Rubionun verdiyi açıqlamada deyilir.

Açıqlamasında qeyd edilib ki, 20 yanvar tarixində hakimiyyətə gələn Tramp administrasiyası İsrailə təxminən 12 milyard dollar dəyərində silah satışına razılıq verib. O, əlavə edib ki, ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyini yerinə yetirmək üçün mövcud bütün vasitələrdən istifadə etməyə davam edəcəklər.

Seçilən
25
turkic.world

1Mənbələr