AZ

Kredit götürdüyü motosikletlə qəza keçirərək dünyasını dəyişib

Çanaqqalanın Biga rayonunda 24 yaşlı Ömər Faruk Fuçucuoğlu kredit götürdüyü motosikletlə avtomobilə çırpılaraq həyatını itirib.
Sherg.az xəbər verir ki, qəza saat 17:00 radələrində Çanaqqala-Biga avtomobil yolunda baş verib.

Ömər Faruk Fuçucuoğlu idarə etdiyi  motosikletin idarəetməsinini itirərək dövlət nömrə nişanlı yüngül ticari avtomobilin arxasına çırpılıb. Ətrafdakı insanların xəbəri üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib.

Həkimlər qrupu Fuçucuoğlunun həyatını itirdiyini müəyyən edib.

Fuçucuoğlunun cəsədi müayinədən sonra morqa aparılıb.

 Ömər Faruk Fuçucuoğlunun cəsədi  bu gün günorta saatlarında Kaldırımbaşı Məhəlləsində son səfərinə yola salınacaq.


Seçilən
40
1
sherg.az

2Mənbələr