AZ

Bir neçə həftə “istirahət edəcək”

Coşua Kimmix bir müddət oynaya bilməyəcək.

"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın müdafiəçisi zədələnib. O, bundesliqanın 23-cü turunun “Ayntraxt”la matçında sıradan çıxıb. 30 yaşlı futbolçu oyuna davam edə bilməyib və Leon Qoretska ilə əvəzlənib.

Kimmixin bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, Coşua cari mövsümdə bütün yarışlarda 36 matçda meydana çıxıb, 1 qol vurub və 10 məhsuldar ötürmə edib.

Seçilən
57
football-plus.az

1Mənbələr