AZ

Manuel Pelleqrini: “Real”la oyuna qələbə üçün çıxmışdıq”

“Betis”in baş məşqçisi Manuel Pelleqrini İspaniya La Liqasının “Real”la 26-cı tur ev oyununda əzmkar qələbəni şərh edib.

Arena.az məlumat verir ki, ilk qolu buraxmış “Betis” “qaymaqlılar”a qarşı fədakarlıqla mübarizə apararaq, yekunda 2:1 hesablı qələbəyə sevinib.

Manuel Pelleqrini matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox məmnunam, nəinki qələbəyə görə, həm də ona görə ki, komandam öz üslubuna sadiq qaldı. Biz qələbə üçün meydana çıxmışdıq, çoxlu məqamlar yaratdıq, məni isə komandamın xasiyyəti və işi çox sevindirir.

İlk 15 dəqiqədə biz bölgələri yaxşıca qapayırdıq, amma top almağa girişmirdik, topu həddən ziyadə tez itirirdik. Bu məqmdan oyun bizim oldu. Hər iki dayaq yarımmüdafiəçimiz əla oyun keçirdi. Təəssüf ki, bizim, müvafiq mövqedə oyunçularımız əskikdir, amma komandam bütün xətlərdə möhkəm duruş gətirdi.

Mbappenin əvəz edilməsi? Axı mən Karlo (Ançelotti) deyiləm və onun başının içərisinə soxula bilmərəm. Mən, nəinki nəticəni, həmçinin öz oyununu nümayiş etdirməyə çalışan “Betis”i görürdüm. İlk 15 dəqiqə bərabər idi, ardınca isə hesab edirəm ki, biz “Real”ı üstələdik və layiqli surətdə qələbə qazandıq”, – “Marca” nəşri çilili mütəxəssisdən sitat gətirir.

Gözlənilməz məğlubiyyət “Real”a baha başa gəlib. “Kral klubu” İspaniya La Liqasının yarış cədvəlində “Barselona” ilə şərikli liderliyini əldən verib. 26 oyunan 54 xalla “Real” yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Betis” isə 38 xalla 6-cı pillədədir.

La Liqaya 26 oyundan 56 xalla Madrid “Atletiko”su başçılıq edir. 25 oyundan 54 xal toplamış “Barselona” isə mümkün vahid lider qismində 2-ci pillədədir.

Seçilən
135
30
arena.az

10Mənbələr