AZ

Ştaynmayer Trampı Zelenskiyə görə kəskin tənqid etdi

Almaniya prezidenti Frank-Valter Ştaynmayer ABŞ prezidenti Donald Trampı Ukrayna prezidenti Vladimir Zelenski ilə mübahisəsinə görə kəskin tənqid edib.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, o, Oval ofis görüşünü “inanılmaz” adlandırıb.

“Danışıqlar aparan tərəfdaşlar bütün dünya qarşısında özlərini alçaltdıqda diplomatiya uğursuz olur”, - deyə Ştaynmayer Uruqvaya uçarkən jurnalistlərə deyib.

O bildirib ki, Ağ Evdə baş verən mənzərə onu heyrətə salıb.

"Mən heç vaxt inanmazdım ki, biz nə vaxtsa Ukraynanı ABŞ-dan müdafiə etməli olacağıq", - Ştaynmayer bildirib.

Almaniya prezidenti əlavə edib ki, avropalılar azadlıq, demokratiya və qanunun aliliyinə sadiq qalırlar. Onun sözlərinə görə, Avropa Ukraynanın “tabe olmağa razı olmasına” imkan verməməlidir.



Xəbər 4 dəfə oxunub.
Seçilən
55
xezernews.az

1Mənbələr