"PSJ"nin hücumçusu Usman Dembelenin Liqa 1-in 24-cü turunda "Lill"ə qarşı keçirdiyi oyunda qol vurub.

Offsideplus.az xəbər verir ki, fransalı futbolçu 28-ci dəqiqədə hesabı 3:0-a çatdırıb. Bu, Dembelenin 2025-ci ildə vurduğu 18-ci qol olub. 1 mart tarixinə qədər 18 qol vurmaq XXI əsrdə Avropanın TOP-5 liqaları üçün yeni rekorddur.

Əvvəlki rekord 17 qolla Lionel Messiyə məxsus idi. Argentinalı ulduz bu göstəriciyə 2016-cı ildə "Barselona" forması ilə nail olmuşdu.

"PSJ" görüşü "Lill"ə qarşı 4:1 hesablı qələbə ilə tamamlayıb. Bu nəticə ilə Paris təmsilçisi Liqa 1 turnir cədvəlində ikinci pillədə qərarlaşan "Marsel"i 16 xal qabaqlayıb.

Qeyd edək ki, Usman Dembele hazırda Fransa çempionatının bombardirlər siyahısına başçılıq edir və hesabında 18 qol var.