AZ

Boksçularımız beynəlxalq turnirin FİNALINDA

Azərbaycan millisinin iki boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq "Strandja" turnirində finala yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, Zəlimxan Süleymanov (57 kq) və Zaur Qəhrəmanov (67 kq) yarımfinal döyüşlərini qələbə ilə başa vurublar.

Süleymanov finala gedən yolda Giorgi Kapanadze (Gürcüstan) ilə döyüşüb. Görüş boksçumuzun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. O, qızıl medal uğrunda qarşılaşmada Xujanazar Nortojyevlə (Özbəkistan) üz-üzə gələcək.

Qəhrəmanov Demur Kajayadan (Gürcüstan) güclü olub. O, 5:0 hesabı ilə qalib gəlib. Təmsilçimiz finalda Torexan Sabirxanla (Qazaxıstan) gücünü yoxlayacaq.

Seçilən
38
15
demokrat.az

10Mənbələr