Florida ştatının Palm-Biç şəhərində üç təyyarə ABŞ Prezidenti Donald Trampın iqamətgahı üzərində hava məkanını pozub.
Azreform.info Teleqraf-a istinadən xəbər verir ki, bu barədə amerikalı jurnalist və "Newsmax" telekanalının aparıcısı Todd Starnes "X" sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) əraziyə bir neçə F-16 döyüş təyyarəsi göndərib. Bundan sonra hər üç təyyarə qapalı zonadan kənara aparılıb.