AZ

London Ukrayna mövzusunda Liderlər Sammitinə ev sahibliyi edir

London, 2 mart, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün Londonda “Lancaster House”da beynəlxalq liderlərin iştirakı ilə keçiriləcək sammitə ev sahibliyi edir.

AZƏRTAC xəbər verir ki, Baş nazir Kir Starmer əvvəlcə İtaliyanın Baş naziri Corcia Melonini Dauninq-stritdə qarşılayacaq. Sonra Ukrayna, Fransa, Almaniya, Danimarka, İtaliya, Niderland, Norveç, Polşa, İspaniya, Kanada, Finlandiya, İsveç, Çexiya və Rumıniya liderləri Londonda keçiriləcək sammitdə ona qoşulacaq.

Sammitdə Türkiyənin xarici işlər naziri, NATO-nun Baş katibi, Avropa Komissiyasının və Avropa Şurasının prezidentləri də iştirak edəcək.

Liderlər Sammitində Ukraynanın hazırkı vəziyyətinin gücləndirilməsi, güclü təhlükəsizlik təminatlarının planlaşdırılması üzrə növbəti addımlar kimi məsələlər müzakirə ediləcək.

 
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Seçilən
101
3
azertag.az

4Mənbələr