Keçmiş kəşfiyyat zabiti və Rusiya Prezidenti Vladimir Putinin çoxdankı müttəfiqi Mattias Uorniq “Şimal axını 2” qaz kəmərinin yenidən işə salınmasına dəstək üçün ABŞ-a lobbiçilik edir.
Axar.az xəbər verir ki, bu barədə “Faynenşl Tayms” mənbəyə istinadla məlumat yayıb.
2023-cü ilə qədər “Qazprom” adından “Şimal axını 2”nin ana şirkətinə rəhbərlik edən Uorniqin amerikalı iş adamları vasitəsilə ABŞ Prezidenti Donald Trampın komandası ilə əlaqə yaratmağa çalışdığı bildirilir.
Qeyd edək ki, Uorniq və “Şimal axını 2” şirkəti ABŞ tərəfindən 2022-ci ildə o vaxtkı prezident Co Baydenin administrasiyası tərəfindən sanksiyaya məruz qalıb.