AZ

"Qaçqınlıq və Qadınlar" mövzusunda beynəlxalq konfrans keçirilib

Qərbi Azərbaycan İcması (QAİ) Qadınlar Şurasının dəstəyi və təşkilatçılığı ilə onlayn formatda "Qaçqınlıq və Qadınlar" mövzusunda beynəlxalq konfrans keçirilib.

8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində keçirilən konfransın məqsədi mart ayının dünyada qadın haqları aylığı olmasını nəzərə alaraq, beynəlxalq ictimaiyyətin diqqətini Qərbi Azərbaycandan qovulmuş qadınların pozulmuş hüququna cəlb etməkdir. Konfransda 12 ölkədən diaspora fəaliyyətində iri layihələr həyata keçirən 50-yə yaxın nüfuzlu qadın iştirak edib.

Konfransda İSESCO-nun Sosial və Humanitar elmlər departamentinin rəhbəri Ramata Myabe və İSESCO-da fəaliyyət göstərən diplomat və beynəlxalq ekspert Dinara Quliyeva, xaricdə fəaliyyət göstərən Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Təşkilatının və Odlar Yordu Təşkilatının rəhbərləri və üzvləri də iştirak edib

Konfransın moderatoru, QAİ-nin Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı İcmanın, xüsusən də Qadınlar Şurasının məqsəd və vəzifələri, fəaliyyət planı, Qərbi Azərbaycana qayıdışla bağlı görülən işlər haqqında məlumat verib. O, qısa müddət ərzində Qərbi Azərbaycana qayıdış Konsepsiyasının vahid milli ideologiyaya çevrilməsindən danışıb.

Konfransın açılışında çıxış edən Qadınlar Şurası Beynəlxalq əlaqələr üzrə Koordinasiya Şurasının rəhbəri Tənzilə Rüstəmxanlı Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas prinsiplərini şərh edib. İSESCO-nun Sosial və Humanitar elmlər departamentinin rəhbəri Ramata Mbaye qurumla Azərbaycan arasında əməkdaşlığı xüsusi vurğulayıb. Azərbaycanın İSESCO üçün önəmli ölkə olmasını qeyd edən Ramata Mbaye təqdimatında İcma ilə, xüsusən də Qadınlar Şurası ilə yaranmış yeni və uğurlu əməkdaşlığı gələcəkdə də davam etdirəcəklərini bildirib.

Seçilən
41
4
aznews.az

5Mənbələr