Serbiya ölkəmizə kənardan hücum edən və onu məhv etmək istəyən şər qüvvələrə tab gətirəcək və məğlub edəcək.
Publika.az xəbər verir ki, bunu Prezidenti Aleksandar Vuçiç ölkənin şərqindəki Krepolyina şəhərində vətəndaşlarla görüşündə deyib.
“Müxtəlif qüvvələr Serbiyaya qarşı mübarizədə birləşib. Ötən üç aydakı nümayişlər, hərəkətsizlik və blokadalar Serbiya iqtisadiyyatını məhv etdi. Biz bunun öhdəsindən gələcəyik, Serbiyanı ayağa qaldıracağıq. İnanıram ki, Serbiya bu il bütün Avropada artım tempinə görə ilk üç ölkədə olacaq. Bizə sağlam, dinamik işləyən və gələcəyə baxan Serbiya lazımdır”, - deyə ölkə başçısı bildirib.