AZ

Biləsuvarda ov tüfəngi ilə vurulan şəxsin vəziyyəti AÇIQLANDI

Biləsuvar rayonunda ov tüfəngindən xəsarət alan şəxsin səhhəti açıqlanıb. 

Viral.az-ın məlumatına görə, TƏBİB-dən “Report”a bildirilib ki, bu gün saat 13:00 radələrində xəsarət alması səbəbilə 1983-cü il təvəlüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona sağ aşağı ətrafın və qarının ön divarlarının çoxsaylı yarası diaqnozu təyin edilib.

Son Yazılar:

Hazırda xəsarət alan şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, bu gün Biləsuvarda Raul Quliyev həmkəndlisi Elməddin Cəfərovu ayağından tüfənglə vurub. 

Seçilən
14
2
viral.az

3Mənbələr