AZ

Qənirə Paşayevanın xatirəsinə şahmat turniri keçirilir

Azərbaycan Şahmat Federasiyası və "Məmmədyarovlar" Şahmat Məktəbinin təşkilatçılığı ilə tanınmış ictimai-siyasi xadim, III, IV, V və VI çağırış Milli Məclisin üzvü olan Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, "Landmark"da baş tutan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə start götürüb.

Ardınca Qənirə Paşayevanın fəaliyyət dövrünü əks etdirən videoçarx nümayiş etdirilib.

Daha sonra martın 6-dək davam edəcək yarışın püşkatma mərasimi reallaşıb.

Qeyd edək ki, Azərbaycanı turnirdə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Türkan Məmmədyarova təmsil edəcək. Eyni zamanda yarışda Nilufər Yakubbayeva (Özbəkistan), Assel Serikbay (Qazaxıstan), Gülenay Aydın (Türkiyə) və Nurgül Səlimova (Bolqarıstan) da iştirak edəcək.

Turnir rapid və blits üzrə təşkil olunacaq. Qalib hər iki növdə nəticənin cəminə əsasən müəyyənləşəcək.

Mötəbər turnirin baş hakimi Faiq Həsənov olacaq. Turnirin ümumi mükafat fondu 30 000 manat təşkil edir.

Seçilən
95
7
axar.az

8Mənbələr