AZ

Alzheimerin gizli bir əlaməti aşkarlanıb

Bakı, TurkicWorld

Yeni bir araşdırmaya görə, Alzheimer xəstəliyinin ilkin mərhələləri fərdin tənəffüs tərzində və beyin fəaliyyətində pozulmalarla müəyyən edilə bilər.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Böyük Britaniya və Sloveniyadan olan elm adamları Alzheimer xəstəliyini aşkar etmək üçün beynin oksigenləşməsi və tənəffüs nümunələrinin təhlilini araşdırıblar.

Alzheimerin erkən əlamətləri arasında beyin-qan axını koordinasiyasının pozulması,tənəffüs sürətinin artması, beyində oksigen səviyyəsinin dəyişməsi və s. yer alır.

Mütəxəssislərin fikrincə, bu dəyişikliklər Alzheimerin erkən xəbərdarlıq əlamətləri ola bilər və xəstəliyin vaxtında aşkarlanmasına kömək edə bilər.

Tədqiqatda 19 Alzheimer xəstəsi və 20 sağlam insan (nəzarət qrupu) iştirak edib.

Nəticədə, Alzheimer xəstələrinin beynində oksigen səviyyəsi qeyri-sabit olub. Onların tənəffüs sürəti sağlam insanlardan daha yüksək idi və beyin dalğalarında və qan damarlarının fəaliyyətində pozulmalar müşahidə edilib.

Lancaster Universitetindən biofizik Aneta Stefanovska bu kəşfin Alzheimer tədqiqatında yeni bir dövr açdığını bildirib. O, qeyd edib ki, beyindəki bu dəyişikliklər iltihab proseslərini əks etdirə bilər və erkən müalicə imkanlarını artırır.

Lyublyana Universitetinin nevroloqu Bernard Meqlic isə Alzheimerin beynin damar sisteminin pisləşməsi nəticəsində yarandığını və bunun oksigen axınına, eləcə də zəhərli maddələrin təmizlənməsinə mənfi təsir etdiyini vurğulayıb.

Seçilən
10
turkic.world

1Mənbələr