AZ

Skautlar ''Fənər''in gənc ulduzunu izləməyə gəlir

Joze Mourinyo sayəsində ulduzu parlayan ''Fənərbaxça''nın gənc müdafiəçisi Yusuf Akçiçək Avropa nəhənglərinin diqqətini cəlb etməkdə davam edir.

''Football-plus.az'' xəbər verir ki, istedadlı futbolçu indi də ''Tottenhem''in maraq dairəsinə düşüb. London klubu öz slautlarını İstanbula göndərib. Onlar bu gün ''Antalyaspor''a qarşı oyunda Yusufu tribunadan təqib edəcəklər. Daha öncə Akçiçək ''Bavariya'' və ''Bayer-04''ün də slautlarının diqqətini cəlb etmişdi.

Qeyd edək ki, 2006-cı il təvəllüdlü futbolçu 3 il (2016-19) ''Qalatasaray''ın da akademiyasında top qovub. Amma 2019-da o, ''Qalatasaray''ın akademiyasından ''Fənər''in akademiyasına keçib. Ötən mövsüm İsmayıl Kartal da bir neçə qarşılaşmada bu futbolçuya şans vermişdi. Amma Akçiçək Mourinyo ilə daha çox şans qazanaraq qısa müddətdə yeni səviyyəyə yüksəldi. Elə ən son o, ''Qalatasaray''la səfər derbisində də start heyətində meydana çıxaraq ideala yaxın bir oyun sərgilədi.

Türkiyənin aşağı yaş qruplarından ibarət yığmalarında 30-a yaxın oyun keçirən, əsas yığmaya isə hələ dəvət olunmayan 19 yaşlı Akçiçək bu mövsüm ''Fənər''də 13 rəsmi oyuna çıxaraq 2 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib. Onun İstanbul nəhəngi ilə 2028-ə qədər müqaviləsi var.

''Fənərbaxça'' Yusuf ilə daha yaxşı şərtlərlə müqaviləni yeniləməyə və ora böyük bir sərbəst qalma maddəsi saldırmağa çalışacaq. İndiki müqavilədə belə bir maddə yoxdu.

ƏLİ

Seçilən
25
football-plus.az

1Mənbələr