AZ

Ukraynanın müdafiə naziri Pentaqon rəhbəri ilə görüşdü  

Brüsseldə Ukraynanın müdafiə naziri Rustem Umerov ilə ABŞ-dan olan həmkarı Pit Heqset arasında görüş olub.

Parol.az xəbər verir ki, bu barədə Ukraynalı nazir “Facebook” hesabında yazıb.

“ABŞ-nin yeni müdafiə naziri Pit Heqset ilə aramızda ilk görüş baş tutdu” – o qeyd edib.

Bununla belə R. Umerov danışıqların detallarını açıqlamayıb.

Qeyd edək ki, bu gün Brüsseldə Böyük Britaniyanın müdafiə naziri Con Hilinin sədrliyi ilə “Ramştayn” formatında növbəti görüş keçiriləcək.

Seçilən
87
parol.az

1Mənbələr