Biləsuvar rayonunda güllənmə hadisəsi baş verib.
Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhəri Nizami küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini, həmyerlisi 1983-cü il təvəllüdlü Cəfərov Elməddin Əzizağa oğlunu güllələyib.
Ayağından xəsarət alan yaralı rayon xəstəxanasına çatdırılıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.