AZ

Ayın tarixində yeni səhifə

Aparat NASA-nın müxtəlif tədqiqatlar aparmaq üçün nəzərdə tutulmuş onlarla cihazını Aya çatdırıb. Onların arasında təbii peykimizin maqnit sahəsini ölçmək və qrunt nümunələri toplamaq üçün nəzərdə tutulan alətlər də var.

Aya enməzdən qabaq “Blue Ghost” bir müddət onun orbitində fırlanmışdı

“Blue Ghost”- özəl şirkət tərəfindən Aya göndərilən ikinci aparatdır. Bunu edən birinci özəl şirkət“Intuitive Machines”ötən il fevralın 22-də“Odissey”(Odysseus) adlı qurğunu təbii peykimizə göndərmişdi. Amma uğursuz eniş zamanı zədələnən aparat ciddi fayda verə bilməmişdi. Eyni şirkət hazırda yaxın günlərdə“Athena”adlı kosmik cihazının Ayın cənub qütbünün yaxınlığında enəcəyini gözləyir.

Beləliklə, “Blue Ghost” –Aya ilk uğurlu özəl missiyadır.Onun fəaliyyəti 14 gün davam edəcək. AparatYerdən adi gözlə görünən “Böhran dənizi” adlı nəhəng kraterdə tədqiqat aparacaq.


Ekspertlər qeyd edirlər ki, bu missiyalar insanın Aya qayıdışını hazırlamaq məqsədilə həyata keçirilir. Xatırladaq ki, Ayapilotlu missiya sonuncu dəfə 1972-ci ilin dekabrın 19-da həyata keçirilən “Apollon 17”olmuşdu.

“Apollon” missiyaları bütövlükdə nəhəng uğur olsa da, onlar daha çox“qon və uç”xarakterli idi. Astronavtlar Ayda bugünkü nöqteyi-nəzərdən ciddi sayıla biləcək araşdırmalar aparmırdılar. Milyardlarla dollar sadəcə Amerikanın hamıdan qabaq Aya uçduğunu göstərmək üçün sərf olunurdu. Buna görə də “Apollon” proqramı səmərəsiz sayılaraq, dayandırılmışdı.


İndi isədünyada yeni “Ay yarışı” başlayıb:Eyni vaxtda bir neçə ölkədə təbii peykimizə “canlı” missiyaların bərpası üçün hazırlıqlar gedir.

Tariyel Həsənov
AzVision.az
Seçilən
52
azvision.az

1Mənbələr