AZ

Gələcək kansler Trampla görüşmək istəyir

Almaniyada keçirilən parlament seçkilərində qalib gələn Xristian Demokrat və Xristian Sosial Birlik blokunun lideri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla görüşmək niyyətindədir.

Publika.az "Tagesspiegel"ə istinadla xəbər verir ki, bu barədə XDİ/CSU fraksiyasının sədr müavini İohan Vadeful məlumat verib.

“Merz ən qısa zamanda Trampla görüşəcək və o zaman artıq onun əlində daha yüksək müdafiə xərcləri olacaq”, - o deyib.

Fevralın 23-də Almaniyada növbədənkənar parlament seçkiləri keçirilib. Fridrix Merzin mühafizəkar CDU/CSU bloku qalib gəlib və o, böyük ehtimalla Almaniyanın kansleri olacaq.

Seçilən
19
publika.az

1Mənbələr