AZ

Luis Fiqo pornoaktrisanın ittihamını cavabladı: “Ağzını yaxala”

Portuqaliya futbolunun əfsanəsi Luis Fiqo keçmiş pornoaktrisa Klaudiya Bavelin qalmaqallı ittihamı ilə gündəmə gəlib.

Arena.az məlumat verir ki, Fiqo özünün “X” sosial şəbəkə hesabı üzərindən, üzləşdiyi ittihamı cavablayıb.

Xatırladaq ki, “Real”ın ispan keçmiş qapıçısı İker Kasilyasın rəfiqəsi olan Klaudiya, podkastlarının birində Fiqonu ittiham edərək bildirib ki, Luis, ümumi tədbirlərin birində, Kasilyasın gözü qarşısında ona, İkerlə vaxt keçirməyə başa çatdırdıqdan sonra onunla getməyi təklif edib.

Bundan xəbər tutaraq ovqatı təlx olmuş Fiqo, düşdüyü “zibilə” səbrlə cavab vermək qərarına gəlib:

“Lə’nət şeytana! Bu, nə cəfəngiyyatdır? Onlar mənim haqqımda xatırlatmadan əvvəl, ağızlarını yaxalamalıdırlar. Mən bu böhtan səpgili məlumata görə məhkəməyə verib iddia qaldıracağam”, – Fiqo paylaşıb.

Xatırladaq ki, uzun müddət Bavelin soyadı Kasilyasla əlaqələndirilib. “Sarı mətbuat”da, tərəflər arasında eşq macərası yaşandığı iddia edlir. Klaudiya Bavelin özü isə əvvəllər böyüklər üçün filmlərdə çəkilməsi ilə ad çıxarıb.

Seçilən
25
arena.az

1Mənbələr