AZ

"Zatulin erməni lobbisinin verdiyi pulların müqabilində Azərbaycana qarşı düşmənçilik edir"

"Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini statusunu daşıyan Konstantin Zatulin MDB Ölkələri İnstitutunun “Lazarev klubu” ilə birgə Moskvada təşkil etdiyi dəyirmi masada Azərbaycanın əleyhinə tarixi saxtalaşdıran, heç bir sərhəd tanımadan yalan və böhtanlar üzərində qurulmuş çıxış edib. Zatulin hərbi cinayətlər törətmiş erməni əsilli şəxslərin Bakıda keçirilən məhkəmə prosesi ilə bağlı əsassız fikirlər səsləndirib. Zatulinin kimliyi Azərbaycan oxucusuna yaxşı bələddir. “erməni sevdalısı” olan, sonradan isə rəsmi İrəvan tərəfindən “qara siyahıya” tuş gələn Zatulin erməni lobbisinin verdiyi pulların müqabilində Azərbaycana qarşı düşmənçilik edir".

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, nə qədər absurd olsa da, Zatulin erməni cinayətkarların mühakimə olunmasını həm “şəxsi revanş”, həm də “repressiya” adlandırır.

Qeyd edək ki, bu kimi “terminlərdən” istifadə etməsi Zatulini elə birinci addımdaca ələ verir. Revanşizm və repressiya həmin ittiham edilən şəxslərə aid oluna bilməz - həmin şəxslər konkret faktlar üzrə məsuliyyətə cəlb olunublar və hətta onların əksəriyyəti törətdikləri cinayətləri artıq danışmağa, etiraf etməyə başlayıb.

Revanşizm xəstəliyi isə Zatulin və onu “körükləyən” zümrənin tutulduğu mərəzdir - Azərbaycanın haqqa, ədalətə söykəndiyi mövqeyini hədəfə alanlar, 30 ilə yaxın işğal altında qalmış ərazilərin azad olunması ilə barışmayanlar, zatulinlər və ona himayədarlıq edənlər artıq anlayırlar ki, belə çıxışlar əhəmiyyətsizdir.

Seçilən
94
6
publika.az

7Mənbələr