AZ

ABŞ kosmik gəmisi Aya endi

ABŞ-ın “Firefly Aerospace” şirkətinin “Blue Ghost” adlı kosmik gəmisi Aya eniş edib. AzPost Publika.az-a istinadən xəbər verir ki, bu barədə NASA “X” sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, Aya eniş ABŞ-ın şərq sahili vaxtı ilə saat 03:34-də qeydə alınıb.

Modul Ayın görünən tərəfindəki Böhran dənizində Latreyl dağının yaxınlığındakı səthdə iki həftə ərzində aktiv şəkildə işləyəcək. Bunun Ay haqqında bilikləri artırmağa və gələcək missiyalara hazırlaşmağa kömək edəcəyi gözlənilir.

Qeyd edək ki, Aya eniş aparatı yanvarın 15-də “SpaceX”in “Falcon 9” raketi ilə buraxılıb.

Falcon 9 — ABŞ-də SpaceX tərəfindən dizayn və istehsal edilmiş qismən təkrar istifadə edilə bilən iki mərhələli orbitə orta qaldırıcı daşıyıcı raketdir. Falcon 9 dünyada ilk təkrar istifadə edilə bilən raket adını qazanıb. SpaceX Falcon 1-dən fərqli olaraq Falcon 9-u NASA-nın sərmayəsi ilə hazırlamışdır.[1]SpaceX 2011-ci ildə Falcon 9 v1.0 üçün lazım olan məbləğin 300 milyon dollar olacağını təxmin etmişdi.[2]SpaceX Falcon 9 və Dragon kapsulu üçün lazım olan maliyyənin 450 milyon dollarını öz büdcəsindən, 396 milyon dollarını isə NASA-nın verdiyi maliyyə yardımından istifadə etdi.[3]
Seçilən
48
azpost.info

1Mənbələr