Bakı, TurkicWorld
Türkiyənin Sahil Mühafizəsi Komandanlığı İzmirdə qeyri-qanuni miqrantlara qarşı əməliyyat keçirib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə komandandanlıq məlumat yayıb.
Məlumata əsasən, İzmirin Seferihisar sahillərində üzən rezin qayıqda 18-i uşaq olmaqla 36 qeyri-qanuni miqrant saxlanılıb.
Miqrantlar lazımi prosedurların tamamlanmasının ardından Göç İdarəsi Müdirliyinə göndərilib.
Qeyd edək ki, daha öncə Türkiyədə ölkə üzrə 27 şəhərdə eyni vaxtda aparılan yoxlamalar nəticəsində 144 qeyri-qanuni miqrant saxlanılıb.