AZ

Dağıstanın rəhbərinə qarşı TƏXRİBAT

"Dağıstanın rəhbəri Sergey Melikovun zəhərlənməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil".

Publika.az xəbər verir ki, bu barədə respublika başçısının administrasiyası məlumat yayıb.

Sosial şəbəkələrdə Melikovun guya xəstələndiyi və Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Moskvaya aparıldığı barədə məlumat yayılıb. Administrasiya bu məlumatı açıq-aşkar və primitiv, təkzibə layiq olmayan təxribat adlandırıb.

“İnsan və prinsipial insan kimi onun kifayət qədər düşmənləri var. Rusiyanın düşmənləri isə Dağıstanın rəhbərini böyük birləşdirici qüvvə kimi görürlər və buna görə də heç bir rəzil fürsətdən istifadə etməkdən çəkinməyəcəklər”, - administrasiya qeyd edib.

Seçilən
13
1
publika.az

2Mənbələr