Futbol üzrə Cənubi Koreya çempionatında 3-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Suvon”la qarşılaşıb və 1:0 hesabıyla qalib gəlib. Görüşün iştirakçısı olan Anton 90 dəqiqə mübarizə aparıb.
Hazırda 6 xalı olan “Daejeon” 2-ci pillədə qərarlaşıb.